Ukrayna əvvəlki sərhədlərinə qayıda bilməyəcək ABŞ

12.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

ABŞ Ukraynanın NATO-ya üzv olmasını qeyri-real hesab edir.

Axar.az xəbər verir ki, bu fikirləri ABŞ müdafiə naziri Pit Heqset deyib.

Pentaqon rəhbəri Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmaq cəhdlərini də real olmayan məqsəd hesab edir:

"Biz sizin kimi, suveren və firavan bir Ukrayna istəyirik. Lakin biz qəbul etməliyik ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmaq qeyri-realist bir vəzifədir”.

O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp sülhə birgə səylərlə nail olmağa ümid edir.

Vüsalə İsgəndərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью