Ukrayna “F 16” lardan istifadə etməyə başlaya bilər...

18.03.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

...Martın 18-də günorta saatlarında Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiyi “F-16” qırıcıları Sumı vilayətində görüntülənib.

SİA xəbər verir ki, bu barədə “Z əməliyyatı: Rus baharının müharibə müxbirləri” Telegram kanalı məlumat yayıb. ...Düşmən Sumi üzərində aşağı hündürlükdə uçan “F-16”-nın görüntülərini dərc edir.

Bunu rus nəşri yazır.

Uçan Qərb qırıcılarının görüntülərinin şəhərin hansı hissəsində lentə alındığı məlum deyil. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri cəbhə xətti yaxınlığında “F-16”-lardan istifadə etməyə başlaya bilər.

Martın 17-də “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Müdafiə Nazirliyinin baş hərbi-siyasi idarəsinin rəis müavini, general-leytenant Apti Alaudinov Rusiya qoşunlarının Sumı vilayətində irəliləyişindən danışıb. Onun sözlərinə görə, rus ordusu bölgə ərazisinə soxulub və çox intensiv hücuma başlayıb.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью