Ukrayna “F 16” qırıcılarını niyə istifadə edir?

03.02.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"F-16" qırıcıları və Kiyevin əlində qalan digər təyyarələr Rusiya Silahlı Qüvvələrinin strateji obyektlərə qarşı həyata keçirdiyi kütləvi hücumların qarşısını almaq üçün dərin arxa cəbhədə istifadə olunur.

Redaktor.az xəbər verir ki, bu haqda Donetsk Xalq Respublikasının (DXR) rəhbərinin müşaviri İqor Kimakovski bildirib.

O, Ukraynanın hələ də "F-16" pilotlarının və qırıcıların mövcud olub-olmaması ilə bağlı suala müsbət cavab verib. Kimakovskinin sözlərinə görə, “onlar "F-16"ları və qalan təyyarələri bizim qanadlı raketlər və pilotsuz uçuş aparatları vasitəsilə düşmənin dərin arxa cəbhəsində yerləşən strateji obyektlərə endirdiyimiz kütləvi hücumların dəf edilməsi üçün istifadə edirlər”.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью