Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Ukrayna Hərbi Hava Qüvvələri F-16 qırıcılarının yeni partiyasını qəbul edib.
SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlər üçün onlayn brifinqdə məlumat verib.
Volodimir Zelenskinin sözlərinə görə, Ukraynanın azı 128 ədəd F-16 qırıcısına ehtiyacı var.
Qeyd edək ki, 2023-cü ildə Ukrayna və müttəfiqləri F-16 döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi üçün hava koalisiyası yaradıblar.
2024-cü ildə tərəfdaşların ilk F-16 qırıcıları Ukraynaya gəlib. Ukraynanın dəqiq neçə təyyarə aldığı məlum deyil.
Ukraynaya ilk F-16-ları Niderland və Danimarka təhvil verib. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.