Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Polşanın “Mysl Polska” nəşri Ukraynada enerji vəziyyətinin hər gün daha da pisləşdiyini yazıb.
Globalinfo.az xəbər verir ki, bu barədə nəşrin məlumatında qeyd olunub. Məqalədə bildirilir ki, Kiyev humanitar fəlakətlə üz-üzədir.
Məlumata görə, iri çoxmərtəbəli yaşayış binaları qaranlıq və soyuq içində qalıb, elektrik və istilik təchizatı gün ərzində cəmi 3–4 saat təmin olunur.
Nəşrin məlumatına görə, hazırda Ukraynanın enerji sistemi öz imkanlarının son həddində fəaliyyət göstərir. Zərbələr nəticəsində enerji obyektlərinin sıradan çıxması vəziyyəti daha da ağırlaşdırıb və məhv edib.
Qeyd olunur ki, daha əvvəl Ukraynanın enerji holdinqi DTEK-in rəhbəri Maksim Timçenko də ölkədəki vəziyyətin humanitar fəlakət həddinə yaxın olduğunu bəyan edib. Onun sözlərinə görə, enerji infrastrukturuna dəyən ziyan minlərlə yaşayış binasını və bir sıra sosial obyektləri elektriksiz qoyub, bəzi ərazilərdə isə uzunmüddətli istilik çatışmazlığı yaranıb.
Tahir Turan
Globalinfo.az