Ukrayna “FP 7” ballistik raketlərindən ilk zərbələrini endirib

01.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Kiyev, 1 oktyabr, AZƏRTAC

Ukrayna silahlı qüvvələri Rusiya qoşunlarına “FP-7” ballistik raketindən ilk zərbələrini endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” səhifəsində məlumat verib. "Ukrayna taktiki ballistikası olan “FP-7”ni ilk döyüş istifadəsinə verilib. Nəticəyə görə təşəkkür edirəm", - deyə Prezident yazıb.

Prezidentin sözlərinə görə, Ukrayna bu cür raketlərin istehsalını davam etdirəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью