Ukrayna Fransadan aldığı “Mirage” qırıcılarının sayını artıracaq

27.03.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Ukrayna Fransadan daha çox “Mirage” qırıcıları alacaq. Bu cür aviasiya vasitələri Ukrayna səmasını qoruyacaq”. SİA Ukrinform-a istinadla xəbər verir ki, bunu Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında deyib.

Zelenski verilən “Mirage” döyüş təyyarələrinə görə Makrona təşəkkür edib. Ukrayna Prezidentinin sözlərinə görə, onlar artıq Ukraynanın hava qalxanının bir hissəsinə çevriliblər.

Zelenski qeyd edib ki, qırıcılar ilk növbədə ruslar tərəfindən atılan “Şahed”lərdən və digər hücum dronlarından müdafiəyə kömək edir.

“Mirage” qırıcı təyyarələrinin sayını artırmağı müzakirə etdik”, - deyə Prezident əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью