Ukrayna Fransadan BTR aldı

28.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Ukrayna Fransada istehsal olunan VAB Mk3 zirehli transportyorlarının (BTR) ilk partiyasını alıb.

Teleqraf.com "Army Recognition"a istinadən xəbər verir ki, yeni maşınlar Ukrayna silahları ilə təchiz edilib.

Fransanın maliyyələşdirdiyi təşəbbüs əsasında altı BTR sınaq üçün Kiyevə təhvil verilib. “Arquus Defence” şirkətinin istehsalı olan maşınlar Ukraynanın “Sich” pilotsuz döyüş modulları ilə təchiz edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью