Ukrayna gündəlik 1000 dən çox robot tətbiq edir Bild

15.11.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ukrayna hərbçiləri qumbaraatanlar, partlayıcılar və hətta tank əleyhinə silahlarla təchiz edilmiş döyüş robotlarından getdikcə daha çox istifadə edirlər. "Bild" qəzetinin verdiyi məlumata görə, oktyabrın sonlarında Liman rayonunda robotlar hətta piyada müşayiəti olmadan Rusiya mövqelərinə hücum ediblər.

Materialda, həmçinin qeyd olunur ki, belə aparatlar onlara "göz" rolunu oynayan, bəzən hətta cəbhə xəttinin o tayına daşıyan uçuş aparatları ilə qarşılıqlı əlaqədə işləyirlər.

"Ukrayna hazırda hərbi yerüstü robotların tətbiqində lider mövqe tutur... Belə qarşılıqlı əlaqə hərbi sahədə tamamilə yeni imkanlar açır", – ECFR-in hərbi eksperti Ulrike Franke bildirib.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, oktyabr ayında yerüstü robotlaşdırılmış komplekslər 31 398 logistika və təxliyə əməliyyatı yerinə yetiriblər. Müqayisə üçün: yanvar ayında belə tapşırıqlar xeyli az – 7 511 olub.

Eyni zamanda, bu robotların əksəriyyəti hələlik birbaşa döyüş əməliyyatlarına cəlb olunmur. Franke izah edir ki, onlar əsasən yük daşınması, həmçinin yaralıların və həlak olmuş hərbçilərin təxliyəsi üçün istifadə olunur.

Yerüstü robotların zəif cəhətlərindən biri düşmənin sıxışdıra (maneə törədə) biləcəyi radio əlaqəsidir. Operatorla daimi əlaqədən asılı olmamaq üçün belə maşınlar getdikcə daha çox süni intellektdən istifadə edir və ayrı-ayrı tapşırıqları müstəqil şəkildə yerinə yetirirlər.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью