Ukrayna Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq edib

05.12.2024

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Volodimir Zelenski Ukraynanın Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməsi haqqında fərmanı imzaladığını bildirib.

Sitat.info xəbər verir ki, sənədin mətnində qeyd edilir: "Siyahılara 19 nəfər, o cümlədən “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, Gürcüstanın baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri  Vaxtanq Qomelauri,  Tbilisi meri Kaxa Kaladze, o cümlədən Gürcüstan parlamentinin bir sıra hakimləri və deputatları daxil edilib. 

“Mən indicə Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarını qüvvəyə mindirən fərman imzaladım və bunlar Gürcüstan hökumətinin bir hissəsinə qarşı sanksiyalardır onun tərəfdaşları - 19 nəfər”, - deyə Zelenski  bildirib.

Bir gün əvvəl Zelenski Kiyevin Gürcüstan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlər hazırladığını açıqlamışdı.

Tehran,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью