“Ukrayna hakimiyyəti dəhşətli sonluqla üzləşəcək”

03.11.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

“Qərb ölkələri 2022-ci ildən Ukraynaya yarım trilyon avro yardım edib”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Teleqram” kanalında məlumat yayıb.

O bir neçə il ərzində Qərbin milyardlarla dollar maliyyəsini israf edən Ukrayna rəhbərliyini "qanlı Kiyev klounları" adlandırıb.

"Bu pulla biz yeni, neytral və çiçəklənən Ukrayna qura bilərdik", - deyə siyasətçi vurğulayıb.

Medvedev qeyd edib ki, bu miqyasda yardım Ukrayna hakimiyyəti üçün yalnız dəhşətli sonluqla nəticələnəcək və Rusiya daha çox ərazi qazanacaq.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью