Ukrayna haqda qorxulu proqnoz: Müharibə bitəndən sonra...

31.08.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Münaqişə bitdikdən sonra Ukraynada böyük bir silah bazarı yarana bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Buenos Ayres Universitetinin Müdafiə və Təhlükəsizlik üzrə Analitik Mərkəzinin əməkdaşı Damian Qarrilo deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynada mütəşəkkil cinayətkar qruplaşmaları fəallaşa bilər:

“Münaqişənin necə bitməsindən asılı olaraq, orada həqiqətən də böyük qara bazarın olması mümkündür, çünki bu ölkədə çoxlu silahlar olacaq. Gələcəkdə Ukraynadan silahların çıxarılması ilə bağlı çətin vəziyyət yaranacaq”.

Safura Bənnayeva
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью