Ukrayna hər il ABŞ dan “Patriot” sistemləri alacaq

20.10.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna hər il “Patriot” hava hücumundan müdafiə sistemləri alacaq və artıq bununla bağlı müvafiq müqavilə hazırlanır.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüş zamanı danışıb.

Zelenskinin sözlərinə görə, ABŞ tərəfi ilə hava hücumundan müdafiə sahəsində lazım olan əlaqələr qurulub.

“Biz 25 ədəd Patriot sistemi üzrə müqavilə hazırlayırıq. Hesab edirəm ki, bu, çox yaxşı bir prosesdir. Asan deyil. Amma uzunmüddətlidir”, – Zelenski bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью