Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, 40-dan çox briqada ilə əlaqə saxlayan ukraynalı zabit bu barədə “Associated Press (AP)” agentliyini adının gizli qalması şərti ilə qarşıdan gələn danışıqlar fonunda məlumatlandırıb.
“Hazırda əlimizdə olan sursat ehtiyatı iki-üç həftəyə, bəlkə də bir aya çatacaq.
Biz birmənalı şəkildə öz gücümüzlə bunun öhdəsindən gələ bilmərik”, - zabit deyib.
Ukraynanın şərqində döyüşən Ukrayna Silahlı Qüvvələrinin (USQ) 53-cü briqadasının daha bir qadın əsgəri isə ABŞ və Rusiya prezidentləri arasında aparılan danışıqlara şübhə ilə yanaşıb.
Onun fikrincə, müharibəni ancaq güc yolu ilə dayandırmaq olar.
- Əgər dialoq vəziyyətə təsir etməyin yollarından biridirsə, qoy danışsınlar, amma bu danışıqların nəticələrini hiss etməyimiz üçün kifayət qədər mənalı olsun.
Şərtlər hamı üçün qəbuledilməzdir. Bizim təklif etdiklərimiz onlar üçün, onların təklif etdikləri isə bizim üçün işləmir.