Ukrayna hərbçiləri Türkiyədə və Böyük Britaniyada peşəkarlıqlarını artıracaqlar

09.10.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Kiyev, 9 oktyabr, AZƏRTAC

Ali Rada Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin başqa ölkələrə göndərilməsi haqqında bu ölkə Prezidentinin fərmanının təsdiqlənməsi haqqında qanun layihəsini bütövlükdə qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb.

Fərmanda Ukrayna Silahlı Qüvvələrinin müvafiq bölmələrinin hərbi vəziyyət müddətində Türkiyəyə və Böyük Britaniyaya göndərilməsi nəzərdə tutulur. “Tərəfdaş dövlətlərin ərazisinə hərbi personalın göndərilməsi və yerləşdirilməsi zərurəti yaranıb ki, bu da mürəkkəb hərbi texnikanın əldə edilməsini və ondan istifadə ilə bağlı peşəkarlığın artırılmasını asanlaşdıracaq”, - deyə sənədin izahatında bildirilir.

Təsdiq olunan qanun layihəsinə əsasən, Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Hetman İvan Mazepa” korveti 106 nəfərə qədər hərbçidən ibarət ekipajla Türkiyəyə, “Çerkassı”, “Çerniqov”, “Mariupol”, “Melitopol”, “Qeniçesk” mina əleyhinə gəmiləri və ümumilikdə 215-ə qədər hərbçi olan 1-ci mina əleyhinə gəmilər diviziyasının komandanlığı isə Böyük Britaniyaya göndəriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью