Ukrayna hərbçilərindən ibarət briqada Fransadakı təlimləri başa vurur

14.11.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna hərbçilərindən ibarət, fransız silahları və geyim formaları ilə təchiz edilən briqada Fransadakı hərbi bazada təlimləri başa vurur.

APA xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” hesabında məlumat yayıb.

“Fransanın şərqində Anna Kiyevskaya briqadasının hazırlığı tamamlanır. Fransa prezidenti öz üzərinə öhdəlik götürüb: qoşunlarımız Ukrayna briqadasını hazırlayır və təchiz edir. Xarici işlər naziri Jan-Noel Barro ilə onların son məşqini izlədik”, - nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью