Ukrayna hərbçilərinə atəşkəs əmri verildi KONKRET

19.04.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident Vladimir Putinin elan etdiyi “Pasxa atəşkəsi”nin başlamasından cəmi bir neçə dəqiqə sonra Ukrayna hərbçilərinə Rusiya mövqelərinə atəşi dayandırmaq əmri verilib.

KONKRET.az xəbər verir ki, bu barədə “BBC” yüksək rütbəli ukraynalı zabitə istinadən məlumat yayıb.

Məlumata görə, Ukraynanın Müdafiə Qüvvələrinin bölmələrinə Rusiya tərəfinin atəşkəsi pozmasını sübut edən foto və video materialları qeydə almaq tapşırılıb.

Ehtiyac yaranacağı təqdirdə isə cavab atəşi açmağa icazə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью