Ukrayna hərbçilərinin Sudjanı tərk etdiyi iddia edilir

12.03.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Rusiya hərbçiləri və könüllüləri 2024-cü ilin avqustundan Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin Sudja şəhərindən 68 rusiyalını təxliyə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə regionun rəhbəri vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat yayıb.
“Hazırda rayon ərazisində 52 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib, 16 nəfər isə qohumları tərəfindən qəbul edilib. İnsanlar dərhal müayinə olunub. İlkin məlumata görə, heç kimin təcili xəstəxanaya yerləşdirilməsi tələb olunmayıb”, - Xinşteyn bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin avqustunda həyata keçirdiyi hücum zamanı Kursk vilayətində bir neçə yaşayış məntəqəsini, o cümlədən Sudja şəhərini ələ keçirib. Bəzi yerli sakinlər ərazini tərk edə bilməyib və Ukraynanın nəzarətində olan ərazilərdə qalıb.
Martın əvvəlindən Rusiya hərbçiləri Kursk vilayətində bir neçə yaşayış məntəqəsini geri qaytarıblar. Bu, ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini müvəqqəti dayandırması fonunda baş verib.
Martın 12-də Rusiyanın dövlət xəbər agentliyi TASS Rusiya hərbçilərinin Sudjanın mərkəzində əks olunduğu videonu dərc edib. “Meduza”nın məlumatına görə, Ukrayna hərbçiləri şəhəri tərk ediblər.
Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Ukrayna qoşunlarının Rusiya regionundan geri çəkilməsi barədə rəsmi məlumat verməyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью