Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna sərhədçiləri Moldova ilə sərhədi qanunsuz keçməyə cəhd edən bir şəxsi güllələyiblər.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İstintaq Bürosunun məlumat verib.
Məlumatda bildirilir ki, sərhədçilər qaçanları təqib edərkən bir neçə xəbərdarlıq atəşi açıblar. Daha sonra qaçanlardan birinin həyatla bir araya sığmayan güllə yarası almış gəncin meyiti aşkarlanıb.
Hadisənin Odessada baş verdiyi, sərhədi keçməyə çalışan şəxsin 23 yaşlı Xarkov sakini olduğu açıqlanıb. Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən səlahiyyətlərin aşılması maddəsi ilə cinayət işi açılıb.
Aytəkin TOFİQQIZI