Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynanın nümayəndə heyəti Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatlarının təmsilçilərinin məşvərət apardıqları mehmanxanadadır. Danışıqlar Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərindəki "The Ritz-Carlton" otelində aparılır.
Ukrayna təmsilçiləri Rusiya ilə Amerikanın heyətlərinin danışıqlarında iştirak etmirlər. Moskva ilə Vaşinqton nümayəndələrinin Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqları fasilələrlə davam edir.
Martın 23-də axşam Ər-Riyadda ABŞ ilə Ukrayna təmsilçilərinin danışıqları keçirilib, 30 günlük atəşkəs razılaşmasının parametrləri müzakirə edilib.
Hürr Tərcüman