Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır

16.05.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada döyüş əməliyyatlarının dayandırılmasını müzakirə etməyə hazır olduğunu bildirib.

“Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, o, Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bunu bəyan edib.

"Bildiyiniz kimi, ötən gün Ankarada idim. Buna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirirəm. Mən istər İstanbulda, istərsə də Ankarada Prezident Vladimir Putinlə danışıqlara hazır idim. Bu münaqişəni tam şəkildə başa çatdırmağa hazır idim. Lakin hamınızın gördüyü kimi, bu baş vermədi, çünki Putin özü gəlmədi, yalnız nümayəndə heyəti göndərdi", - V.Zelenski bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью