Ukrayna Hindistan və Slovakiyadan dizel idxalını artırıb

25.08.2025

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna, Rusiyadan da neft alan Hindistan və Slovakiyadan dizel yanacağı tədarükünü artırıb.

Doğru.az xəbər verir ki, “Naftorinok Daily Fuels&LPG” şirkətinin analitik icmalına əsasən, iyul ayında Ukraynaya gündə orta hesabla 2,7 min ton dizel yanacağı gətirilib.

Məlumata görə, Hindistan təkcə iyulda Ukraynaya 83 min ton, iyunda isə 57 min ton dizel yanacağı ixrac edib.

Xatırladaq ki, daha əvvəl Hindistanın Rusiyadakı səfiri Vinay Kumar Moskva ilə Yeni Dehlinin neft tədarükünün ödənişində heç bir problem yaşamadığını bildirmişdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью