Ukrayna hökumətin genişmiqyaslı transformasiyasına hazırlaşır Zelenski

13.07.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kiyev, 13 iyul, AZƏRTAC

Ukrayna hökumətin, icra qurumlarının genişmiqyaslı transformasiyasına hazırlaşır. Dövlət aparatının saxlanması xərclərinin azaldılması və daha çox resursların ölkəni qorumaq üçün yönəldilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.

"Biz həmçinin dövlət aparatının saxlanması xərclərini azaldacaq, əhəmiyyətli tənzimləməni təmin edəcək və maksimum mövcud resursları Ukrayna və ukraynalıları qorumaq üçün yönəldəcək nəzərəçarpacaq idarəetmə transformasiyası hazırlayırıq. Biz icra hakimiyyətinin gələcək konfiqurasiyasını müəyyənləşdiririk",- deyə Zelenski izah edib. Zelenski, həmçinin iyulun 13-də Ukrayna hökumətinin başçısı Denis Şmıqalla görüş keçirib. Görüş zamanı gələcək strateji addımlar müzakirə olunub.

"Biz ölkəmizdə sahibkarlığın dəstəklənməsi və qorunması üçün nəzərdə tutulan bütün qərarları həyata keçirməli, həmçinin yerli silah istehsalı proqramlarını genişləndirməliyik", - deyə Prezident bildirib.

Zelenski deyib ki, tərəfdaşlarla bütün müqavilələrin - müdafiə paketləri, investisiya qərarları, Ukraynanın enerji və sosial dayanıqlığını dəstəkləmək üçün sazişlərin yoxlanılması vacibdir,

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью