Ukrayna hücuma keçdi Putin ən peşəkar generalını Kurska göndərdi

05.01.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ordusu Rusiyanın Kursk bölgəsində hücuma keçib. Kreml faktı təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, İngiltərənin "Telegraph" qəzeti prezident Putinin ən peşəkar generallarından birini cəbhəyə göndərdiyini yazıb.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko sosial media hesabındakı paylaşımında ordunun Kurska hücuma keçdiyini bildirib

"Kursk bölgəsində ruslar çox narahatdırlar, bir neçə istimqaətdən hücuma məruz qalıblar", Kovalenko bildirib.

Kursk vilayətinin nümayəndəsi Aleksandr Kinştein bildirib ki, Rusiya müdafiə nazirinin müavini, general Yunus-Bek Yevkurov bu gün səhər cəbhə bölgəsinə gəlib.

"Telegraph" qəzeti Yevkurovun Vladimir Putin üçün əvəzolunmaz generallardan biri olduğunu yazır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью