Ukrayna iki uşağı Rusiyaya təhvil verdi

27.11.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Qətərin vasitəçiliyi ilə iki uşağı Rusiyaya təhvil verib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ailənin görüşü noyabrın 27-də Qətərin Moskvadakı səfirliyində baş tutub.

Qətərin Rusiya Federasiyasındakı səfiri Əhməd bin Nasser bin Jasim Əl Tani “Bu gün iki uşağı və onların ailə üzvlərini səfirliyimizdə qəbul etməkdən şadam” deyib.

O qeyd edib ki, Doha həm Rusiyada, həm də Ukraynada uşaqların ailələrinə qovuşması üçün fəaliyyətini davam etdirəcək.

Rusiyanın Qətərdəki səfiri Dmitri Doqadkin bildirib ki, Rusiya və Qətər müharibə zonasından götürülən uşaqların ailələrinə qaytarılması məqsədilə məsləhətləşmələri davam etdirirlər.

Adəm Abbaslı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью