Ukrayna ilə anlaşma əldə edilib, yekun razılaşma... Medinski

11.11.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynadakı münaqişə bitdikdən sonra Avropanın təhlükəsizlik sisteminin gələcəyi danışıqların əsas mövzusu olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Vladimir Medinski noyabrın 11-də Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra brifinqdə deyib.

O, münaqişənin mövcud sistemin səmərəsiz olduğunu göstərdiyini bildirib. Medinski əlavə edib ki, yeni sistem bütün ölkələrin maraqlarını nəzərə almalıdır:

“Amerika tərəfinin iştirakı ilə nümayəndə heyətləri mövqelərini bölüşüb və bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər. Danışıqların təfərrüatı yekun razılaşmalar əldə edildikdən sonra açıqlanacaq”.

Qeyd edək ki, üçtərəfli danışıqlar 10 və 11 noyabr tarixlərində BƏƏ-nin paytaxtında baş tutub. İkinci gün keçirilən görüş iki saatdan bir qədər az davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью