Ukrayna ilə bağlı Avropa İttifaqı ilə ABŞ arasında fikir ayrılığı yaranıb

15.12.2025

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"ABŞ Avropanın sərt etirazlarına baxmayaraq, ərazi güzəştlərində israr edir”

Ukraynadakı münaqişənin həlli üçün sülh planındakı ərazi məsələsi Avropa İttifaqı (Aİ) liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında fikir ayrılığına səbəb olub. AYNA.AZ “Politico”ya istinadən bildirir ki, bu barədə adı açıqlanmayan bir fransız rəsmisi deyib.

Mənbə bildirib ki, "ABŞ Avropanın sərt etirazlarına baxmayaraq, ərazi güzəştlərində israr edir və bu da Tramp administrasiyası ilə fikir ayrılığı yaradır". Avropa liderləri isə öz növbələrində Kiyev aydın təhlükəsizlik zəmanətləri alana qədər ərazi güzəştləri ilə bağlı irəliləyişin mümkün olmadığını iddia edirlər.

Müəlliflərin fikrincə, sülh planının məzmunu hələ də qeyri-müəyyən olaraq qalır və ərazi məsələsi "xüsusilə mürəkkəbdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью