Ukrayna ilə bağlı bəzi məsələlər son mərhələdədir Fidan

22.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynadakı münaqişədə bəzi məsələlərin həlli son mərhələyə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Davosda jurnalistlərə açıqlamasında bildirib.

"Beynəlxalq vəziyyət daim dəyişir. İki gün əvvəl Qrenlandiya ilə bağlı hərbi variant müzakirə olunurdu. Dünən ABŞ Prezidenti Donald Tramp bəyan etdi ki, hərbi variant olmayacaq və danışıqlara qayıdacaq. Altı ay sonra nə baş verəcəyini və danışıqların necə davam edəcəyini bilmirik. Lakin Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması və nəticədə Avropa ilə Rusiya arasında sülhün təmin olunması kontekstində bəzi məsələlər artıq son mərhələdədir", - o qeyd edib.

Hakan Fidan əlavə edib ki, bu məsələlərin necə həll olunacağına görə dünya ya daha yaxşı, ya da daha pis istiqamətdə dəyişəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью