Ukrayna ilə bağlı bu qərar qəbuledilməzdir Magyar

27.11.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Macarıstan Ukraynaya Avropa Birliyinin 2028–2034-cü illər büdcəsi çərçivəsində maliyyə ayrılmasına qarşı çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Peter Magyar məlumat verib.

O hesab edir ki, Avropa Birliyinə üzv olmayan Ukraynanın Macarıstandan daha çox vəsait alması qəbuledilməzdir.

Magyarın hesablamalarına əsasən, Macarıstan AB-nin növbəti çoxillik büdcəsindən 32–34 milyard avro vəsait əldə edə bilər. Lakin ölkənin büdcəyə ödəyəcəyi üzvlük haqları çıxıldıqdan sonra xalis gəlir təxminən 15 milyard avro təşkil edəcək.

“Eyni zamanda, yeddiillik büdcə təklifində Ukraynaya, məsələn, 100 milyard avro ayrılması nəzərdə tutulur. Bundan əlavə, AB büdcəsinin faktiki olaraq məhdudiyyətsiz borclanma və faiz ödənişlərinin maliyyələşdirilməsi üçün açılması mümkündür. AB üzvü olan Macarıstanın xalis olaraq 15 milyard avro alacağı, birliyə üzv olmayan Ukraynaya isə kifayət qədər uzun və qeyri-müəyyən müddət ərzində ən azı 100 milyard avro ayrılmasının təmin edilməsi qəbuledilməzdir”, – deyə Magyar bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью