Ukrayna ilə bağlı Cenevrədə görüşəcəklər

22.11.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqtonun hazırladığı Ukrayna üzrə sülh planı bu həftəsonu Cenevrədə keçiriləcək yüksək səviyyəli görüşdə müzakirə olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ və Ukrayna rəsmiləri ilə yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı ölkələrinin – Almaniya, Fransa, İtaliya və digər tərəfdaşların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Avropa İttifaqının bir sıra liderləri Vaşinqtonun təqdim etdiyi planın bəzi bəndləri ilə razılaşmadıqlarını bildirərək sənədin yenidən işlənməsini tələb etmişdilər. Yohannesburqdakı görüşdən sonra yayılan birgə bəyanatda Aİ, Kanada və Yaponiya rəsmiləri xüsusilə Ukrayna Silahlı Qüvvələrinin mümkün ixtisarları ilə bağlı narahatlıq ifadə etmişdilər.

Qeyd edilib ki, ABŞ-nin təklif etdiyi yeni çərçivə Ukraynanın müdafiə imkanlarına təsir göstərən müddəalar daşıya bilər və buna görə də planın yenidən dəyərləndirilməsi vacibdir. Bazar günü baş tutacaq Cenevrə görüşündə tərəflərin mövqelərinin nə dərəcədə yaxınlaşacağı diqqət mərkəzində olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью