“Ukrayna ilə bağlı danışıqlar dalana dirənib” Vens

19.05.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ukrayna ilə bağlı danışıqlar dalana dirənib”.

Bunu ABŞ-nin vitse-prezidenti J.D Vens deyib.

O, Ukrayna ilə bağlı sülh danışıqlarının çıxılmaz vəziyyətə düşdüyünü bildirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu müharibədən necə çıxacağını bilmir.

Vens əlavə edib ki, əgər Rusiya danışıqlarda iştirak etmək istəmirsə, “ABŞ bir nöqtədə deməlidir ki, bu bizim müharibəmiz deyil”.

Qeyd edək ki, bu bəyanatlar ABŞ prezidenti Donald Trampla Vladimir Putin arasında planlaşdırılan telefon danışığından bir qədər əvvəl səsləndirilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью