Ukrayna ilə bağlı KRİTİK AÇIQLAMA

16.11.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Fransanın ifrat sağçı lideri Marin Le Pen prezident seçiləcəyi təqdirdə ölkənin Ukraynaya yardımı davam etdirəcəyini bəyan edib.

"Bakupost" xəbər verir ki, “Reuters” agentliyinə istinadən yayılan məlumata görə, Le Pen Fransanın Ukraynaya irimiqyaslı maliyyə yardımları ayırmaq üçün kifayət qədər maliyyə imkanlarının olmadığını bildirib. Lakin o, Parisin Ukrayna qarşısında əvvəlcədən götürdüyü öhdəlikləri, o cümlədən Avropa İttifaqının 90 milyard avro məbləğində birgə kredit proqramını yerinə yetirəcəyini vurğulayıb.

Bu bəyanatla Le Pen Ukraynanın Fransadakı səfiri ilə keçirdiyi görüşün yekununda çıxış edib.

Bundan əlavə, Fransanın sağçı lideri səfirdən xahiş edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə onunla Brüsseldə və ya Parisdə görüşməyə hazır olduğunu çatdırsın.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью