Ukrayna ilə bağlı plan təklif edildi: Kiyev və Aİ niyə qarşıdır? | Icma.az
Publika.az saytına istinadən Icma.az xəbər verir. Donald Trampın müşavirləri ona Ukraynadakı münaqişənin həlli üçün üç variant təqdim ediblə
Bəzi məqamlar Kiyev və Avropa İttifaqının (Aİ) kəskin reaksiyasına səbəb olub.
Publika.az xəbər verir ki, bu badədə "Reuters" məlumat yayıb.
Agentlik respublikaçılara istinadən bildirir ki, Tramp hazırda sülh planı yaratmaq üçün işçi qrupu çağırıb, lakin komanda mümkün ideyaları araşdırır.
Əsas məqsəd Moskva və Kiyevi danışıqlar masasına oturtmaqdır.
Həmsöhbətlərdən biri bildirib ki, hazırda üç təklif var - Ukraynada nizamlanma üzrə xüsusi elçi, istefada olan general-leytenant Keyt Kelloq, vitse-prezident seçilmiş Ceyms Devid Vens və milli kəşfiyyatın keçmiş rəhbəri Riçard Qrenel.
Bunlar Ukraynanın ərazi güzəştləri və Şimali Atlantika Alyansına üzvlükdən imtina etməsini nəzərdə tutur.
Qeyd olunur ki, yeni seçilmiş Amerika lideri çox güman ki, “kök və çubuq” prinsipini rəhbər tutacaq.
Tam oxu
Xəbəri oxu