Ukrayna ilə bağlı qərar verildi: indi xoşbəxtsiniz? Medvedev

01.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Avropa İttifaqının yeni rəhbərliyinin işinin ilk günündə Kiyevə səfəri onların münaqişəni davam etdirmək əhvali-ruhiyyəsində olmasından xəbər verir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədri Dmitri Medvedev deyib.

“Avropa Şurasının yeni rəhbəri Antonio Kosta və rusofob “Aİ-nin baş diplomatı” Kaya Kallas ilk iş günündə Kiyevə gəlir. Bu onu göstərir ki, prioritet Aİ-nin rifahını təmin etməkdənsə, müharibəni uzatmaqdır. İndi xoşbəxtsiniz, avropalılar?” – Medvedev deyib.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью