Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Ukraynanın Avropa İttifaqına (Aİ)daxil edilməsi ideyasından imtina etmək lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Çünki bizim sülhə ehtiyacımız var və buna nail olmağın yolu Kiyevə icazə verməməkdir”, – o bildirib.
Qeyd edək ki, aprelin 14-də Macarıstanda Ukraynanın Aİ-yə üzv olması ilə bağlı referendum başlayıb.
Orbanın sözlərinə görə, artıq bir milyondan çox insan orada iştirak edib. Baş nazir səsvermənin iyunun ortalarına qədər davam edəcəyini bildirib və hələ referendumda iştirak etməyən macarlara çağırış edib.
Əliyar Xəlil
Globalinfo.az