Ukrayna ilə bağlı razılaşmanın mümkün detalları açıqlanıb

19.04.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Parisdə Ukraynaya dair təklif olunan nizmanlanma layihəsində, yəqin ki, ABŞ-nin Kiyev üçün təhlükəsizlik zəmanəti yoxdur.

“Report”un məlumatına görə, bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən razılaşmanın mümkün detallarını açıqlayıb.

“Bir maneə o ola bilər ki, o da, ABŞ tərəfindən dəstəklənən təhlükəsizlik zəmanətlərinin olmaması. Bunun əvəzində, görünür, Ukrayna Avropa ölkələrinin köməyi ilə öz başına qalacaq”, - məqalədə deyilib.

Nəşrin həmsöhbətləri vurğulayıblar ki, Birləşmiş Ştatlar olmadan Avropa Ukraynanı dəstəkləmək üçün lazım olan kifayət qədər hərbi və kəşfiyyat məlumatlarına malik deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью