Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq Tramp

09.11.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını bildirib.

Bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb.

“Düşünürəm ki, razılaşmanın əldə olunmasına çox yaxınıq”, – Tramp Ukraynadakı vəziyyəti şərh edərkən deyib.

ABŞ lideri danışıqların uğurla nəticələnəcəyinə inandığını, lakin yekun razılaşmadan sonra Ukraynanın ərazi baxımından müəyyən dəyişikliklərə məruz qala biləcəyini vurğulayıb.

“Düşünürəm ki, buna nail olacağıq. Hesab edirəm ki, bu baş verəcək və nəticədə Ukraynanın forması bir qədər fərqli olacaq”, – Tramp bildirib.

Bununla belə, ABŞ Prezidenti mümkün ərazi dəyişikliklərinin konkret olaraq hansı bölgələri əhatə edə biləcəyini açıqlamayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью