Azpost saytına istinadən Icma.az xəbər verir.
“Ukrayna ilə bağlı planları müzakirə etmək üçün tezliklə ABŞ prezideni Trampla daha bir görüş keçirəcəyəm”.
AzPost bildirir ki, bu sözləri Britaniya Baş naziri Starmer London sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
“Bizə indi Amerika ilə əməkdaşlıq etmək lazımdır. Çox yaxında Amerika prezidenti ilə görüşəcəyimiz barədə razılığa gəldik. Ümumi planımız olana qədər əməkdaşlıq etməliyik. Davamlı sülh üçün birləşmək vaxtıdır”, – deyə Starmer deyib.