Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp deyib ki, yaxın günlərdə “Ukrayna ilə bağlı yaxşı xəbərlər” gələ bilər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı məlumat verib.
"Düşünürəm ki, bu gün, bəlkə sabah, bəlkə də cümə günü çox yaxşı xəbərlərimiz olacaq. Görəcəyik", - Tramp deyib.
Bundan əlavə, ABŞ Prezidenti qeyd edib ki, Qətər Vaşinqtona müxtəlif münaqişələrin, o cümlədən Rusiya-Ukrayna müharibəsinin həllində kömək edir.
“AzPolitika.info”