Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyi ölkə açıqlandı

20.10.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner bu həftə Norveçə səfər edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ukraynadakı müharibənin dayandırılması istiqamətində növbəti danışıqların keçirilməsi planlaşdırılır.
Mənbələrin sözlərinə görə, Norveçdə baş tutacaq görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir.
Danışıqların dəqiq tarixi və gündəliyi barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью