Ukrayna ilə bağlı yeni hesabat təqdim olunub

02.12.2025

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Silahlı Qüvvələri noyabr ayı ərzində Rusiyanın neft emalı zavodlarına 14 dəfədən çox dron hücumu həyata keçirib.

Reyting.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşrinin təqdim etdiyi yeni hesabatda bildirilir.

Qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu rekord göstəricidir.

Qara dənizdə yerləşən neft terminalları və tankerlər də hədəfə alınıb.

Ötən həftə ərzində Ukrayna Türkiyə sahilləri yaxınlığında Rusiyaya məxsus "kölgə donanması"na aid "Kairos", eləcə də "Virat" tankerlərini, 27 noyabrda isə Seneqal sahillərində "Mersin" tankerini zədələyib.

29 noyabrda Ukraynanın dəniz dronları Novorossiyskdə KTK terminalının "VPU-2" yanalma qurğusunu sıradan çıxarıb.

Bunun fonunda Rusiya ordusu Ukraynanın enerji infrastrukturu və mülki obyektlərinə mütəmadi zərbələrini davam etdirir.

Oqtay QORÇU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью