Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton Ukrayna böhranı ilə bağlı yeni sülh müqavilələri əldə etmək üçün işlərini davam etdirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib.
Belə ki, ona mümkün yeni müqavilələr barədə sual Milad ağacının Ağ Evə təhvil verilməsi mərasimində verilib.
“Biz bunun üzərində işləyirik”, - birinci xanım cavab verib.
Qeyd edək ki, noyabrın 20-də “Fox News” telekanalına verdiyi müsahibədə Melaniya Tramp Rusiya ilə Ukrayna arasında Qriqorian təqviminə görə 25 dekabra təsadüf edən Milad bayramına qədər yeni atəşkəs müqaviləsinin əldə olunacağına ümid etdiyini bildirmişdi.