“Ukrayna ilə danışıqlar başlaya bilər” Matvienko AzPolitika onlayn siyasiictimai qəzet

02.12.2024

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya siyasi elitasında Ukrayna ilə danışıqların mümkünlüyü barədə danışmağa başlayıblar.

“AzPolitika” xəbər verir ki, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienko Rusiyanın Ukrayna ilə müharibəyə son qoymaq üçün sülh danışıqlarına başlamasını mümkün sayıb və görüşlərin gələn il keçirilə biləcəyini deyib.

O qeyd edib ki, bu istiqamətdə mühüm addım Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ola bilər: “Mən inanıram ki, 2025-ci ildə bu cür danışıqlara və görüşlərə başlanılması ehtimalı var. Hər halda, bu cür cəhdlərin olacağı ehtimalı olmayacağı ehtimalından qat-qat yüksəkdir”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью