Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir Heyətdə kimlər var?

07.11.2026

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin noyabrın 10-da Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna üzrə üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibində olacaqlar.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Kommersant” nəşri xəbər verir ki, nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və Baş Qərargahın Baş Əməliyyat İdarəsi rəisinin müavini Yuri Jiqarlovski də daxil edilib.

Peskovun sözlərinə görə, gələcək nümayəndə heyətinin bütün üzvləri bir gün əvvəl prezident Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə iştirak ediblər.

Görüşdə iştirak edən prezidentin köməkçisi Yuri Uşakov isə birbaşa danışıqlar aparan nümayəndə heyətinin tərkibinə daxil olmayacaq. O, beynəlxalq məsələlər üzrə danışıqlar prosesinə nəzarət edəcək.

Görüşün Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli formatda keçirilməsi gözlənilir. Avropa ölkələri danışıqlar prosesində iştirak etməyəcəklər.

Müzakirə olunacağı ehtimal edilən məsələlər arasında təhlükəsizlik, gərginliyin azaldılması və humanitar təşəbbüslər, o cümlədən qarşılıqlı təhlükəsizlik zəmanətləri var.

AzPost.az

Post navigation

Previous: TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью