Ukrayna ilə danışıqların yeni raundu olacaq ABŞ

16.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Gələn həftə ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarının yeni raundu baş tutacaq.

Axar.az xəbər verir ki, bu barədə Amerika prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"Bizim danışıqlar aparan komandamız bu həftə ukraynalılarla görüşəcək və onlarla müzakirələr aparacaq. Eyni şey ruslarla da olacaq", - o bildirib.

Uitkoff Ukrayna üçün sülh prosesinə Rusiyanın yeni regionlarının ABŞ tərəfindən tanınmasının daxil olması ilə bağlı sualı cavablandırmaqdan imtina edib:

"Hazırda bu haqda danışmaq istəmirəm. Düşünürəm ki, bu məsələdən danışmaq bir az tezdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью