Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna-Macarıstan münasibətlərinin normallaşmasının yalnız müharibə bitdikdən sonra mümkün olduğunu düşünür.
“AzPolitika” xəbər verir ki, o, bu açıqlamanı Vaşinqtonda Sülh Şurasının ilk iclasından sonra verib.
Macarıstan Baş nazirinin sözlərinə görə, Ukrayna-Macarıstan münasibətləri hazırda gərgindir, çünki “ukraynalılar onları dəstəkləməyən hər kəsi düşmən hesab edirlər”. Eyni zamanda, o, müharibə bitdikdən sonra bu yanaşmanın yox olacağını və ölkələrin normal diplomatik, iqtisadi və digər münasibətlərə qayıda biləcəyini vurğulayıb.
Orban Ukrayna-Macarıstan münasibətləri də daxil olmaqla hər şeyin açarının sülh olduğunu və müharibə davam etdiyi müddətcə iki ölkəni barışdırmaq şansının olmadığını bildirib.
Ukraynadakı müharibədən danışan Macarıstan lideri deyib ki, amerikalılar daim təşəbbüs göstərir və ruslarla birbaşa təmasdadırlar, Avropa liderləri isə guya müharibəni davam etdirmək qərarına gəliblər.
“AzPolitika.info”