Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna MiQ-29 qırıcı təyyarələri müqabilində Polşaya dron əleyhinə texnologiya verməyə razılaşıb.
Axar.az xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib.
Onun sözlərinə görə, Polşa Ukraynaya iki ədəd MiQ-29 təyyarəsi verməyi nəzərdən keçirir, bunun müqabilində isə Ukraynanın pilotsuz uçuş aparatları və onlara qarşı mübarizə texnologiyalarına çıxış əldə edəcək.
Razılaşmanın detalları artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Polşa MiQ təyyarələrini Ukraynanın dron texnologiyaları ilə dəyişdirməyi təklif etmişdi. Lakin 2026-cı ilin yayında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirdi ki, Kiyev ilkin razılaşmalardan geri çəkilib və təyyarələrin təhvil verilməsi prosesi dayandırılıb.