Ukrayna ilə razılığa gəlməsək, region nəhəng Qarabağa çevriləcək

09.06.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Dörd regionda referendumlar keçirilib və onlar rəsmən Rusiyanın ərazisinə qatılıb. Rusiya artıq oradan çıxa bilməz.

Teleqraf xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, bu, Ukraynanın vəziyyətini pisləşdirir.

“Lakin əgər münaqişəni cəbhə xətti boyunca dayandırıb həqiqi sülh barədə razılığa gəlməsək, bu region nəhəng Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya qoşulacaq, onu geri almağa çalışacaq və bu, planetin sonu olacaq, bu, nüvə müharibəsnə gətirib çıxaracaq”, – o deyib.

Medinskinin qeyd edib ki, Rusiya nüvə müharibəsinə səbəb ola biləcək, heç bir dövlət tərəfindən tanınmayan nəhəng Qarabağın yaranmasını istəmir.

“Biz bunu istəmirik, ona görə də dayanmaq, hərtərəfli sülhə nail olmaq və yeni əraziləri tanımaq istəyirik”, – o söyləyib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью