Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ və Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessant “Bloomberg”ə açıqlamasında bildirib.
“Biz prosesə çox yaxınıq. Hətta saziş bu həftə imzalana bilər”,- deyə o bildirib.
Qeyd edək ki, sözügedən ölkələr arasında resurs müqaviləsi Ukraynanın təbii sərvətlərinin işlənməsini nəzərdə tutur. Belə ki, Kiyevə təqdim edilən ABŞ ilə resurs müqaviləsi layihəsinə Ukraynanın bütün resurs bazası, o cümlədən özəl mədən şirkətləri daxildir.