Ukrayna ilə sazişə dəyişiklik protokolu təsdiqləndi

12.10.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol" təsdiq edilib.

"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.

Qeyd edək ki, sözügedən Saziş 2025-ci il dekabrın 16-da Kiyev şəhərində və 2026-cı il aprelin 23-də Bakı şəhərində imzalanıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью